Modern.az

Məhəbbət qalib gələcək, yoxsa tibbi arayış?

Məhəbbət qalib gələcək, yoxsa tibbi arayış?

Ölkə

11 May 2010, 16:00

Son illər respublika üzrə ailələrin dağılma prosesi sürətlə artmaqdadır. Əsrlərlə müqəddəs sayılan, özündə Şərq ənənələrini cəmləşdirən və bir sıra ölkələrə nümunə ola biləcək Azərbaycan ailəsi artıq ciddi təhlükə ilə üz-üzə dayanıb. Artıq öz ənənəvi ailə modelindən kənarlaşdırılan Azərbaycan ailəsi daxili və xarici təsirlər nəticəsində Şərq ailəsi mahiyyətini itirməkdədir. Azərbaycan Avropaya inteqrasiya yolunu seçdikdən sonra bu proses daha da sürətlənib. Ölkəni poliqona çevirən missioner təşkilatların edə bilmədiklərini indi özümüz Avropa qanunlarını milliləşdirməklə həyata keçirməkdəyik. Etiraf edilməlidir ki, son illərdə ailə qanunvericiliyində edilən yeniliklər onun möhkəmlənməsindən çox dağılmasına xidmət edir. Çünki Avropa qanunlarının tətbiqi zamanı onun Azərbaycanın adət ənənələrinə uyğun gəlib-gəlmədiyi, cəmiyyətin buna hazır olub-olmaması qətiyyən nəzərə alınmır. Nəticədə qəbul edilən qanunların tətbiqi prosesində bir sıra neqativ hallar meydana gəlir ki, bu da ailələrin dağılması ilə sonunclanır. Əslində qanun cəmiyyətdə artıq mövcud olan münasibətlərin müəyyən normaya salınmasıdır ki, onlan kənara çıxmaq yasaqlanır. Cəmiyyətin artıq özünə həyat tərzi seçdiyi adətlərin imperativ normalarla qarşısını almaq həmişə neqativ halların meydana gəlməsinə səbəb olur. Elə indinin özündə bizdə olduğu kimi. Məsələn, “Məişət zorakılığı haqqında” qanunda nəzərdə tutulurdu ki, qadın əri tərəfindən fiziki, psixoloji və yaxud mənəvi zorakılığa məruz qoyan kişi barədə hüquq-mühafizə orqanlarına məlum versə, həmin kişi cinayət məsuliyyətinə cəlb olunur. Ancaq reallıqda yenə də qadınlar həyat yoldaşları tərəfindən müxtəlif zorakılıqlara məruz qalırlar, lakin əksər qadın bu barədə hüquq-mühaizə orqanına məlumat verməyi özünə sığışdırmır. Çünki Azərbaycan ailəsində qadının bu addımı atması adət-ənənələrə ziddir. Yaxud, “Gender bərabərliyi haqqında” qanun kişiləri qıcıqlatmaqdan başqa cəmiyyətə heç nə vermədi. Bir-iki müəssisələri çıxmaq şərtilə sözügedən qanunda əksini tapmış müddəalar elə kağız üzərində qalmış oldu. Ailə münasibətlərində ən qlobal məsələlərdən hesab edilən nikah müqaviləsinin bağlanması indinin özündə də problem olaraq qalır. Bu sənədin olmamasının ailələrə, xüsusən qadınlara nə qədər bəlalar gətirməsinə baxmayaraq, yeni ailə quran cütlüklərin əksəriyyəti nikah müqaviləsinin bağlanmasında tərəddüd edir.

Azərbaycan ailəsinin möhkəmlənməsinə, nikahın əbədi bir ittifaq olmasına  qarşı olan bu qədər problemin mövcudluğu bir dönəmdə yeni ailə quranların sağlamlıq haqqında arayış təqdim etməsi və yaş həddinin artırılması məsələlərinin ortaya atılmasının ailələrin sayının azalmasına hesablandığını desək, heç də fikrimizdə yanılmarıq.  Əvvəla onu qeyd edək ki, biz heç də bu dəyişikliklərin əleyhinə deyilik. Əksinə, müasir dünyada yayılmış çoxsaylı yolxucu xəstəliklərin və erkən nikahların törətdiyi mənfi fəsadların fərqindəyik və belə dəyişikliklərə ehtiyac olduğunu dərk edirik. İstəyimiz  ondan ibarətdir ki, qanunvericilikdəki dəyişikliklər elə tərzdə aparılısın ki, ailələrin dağılmasına yox, onun möhkəmlənməsinə xidmət etsin. Eyni zamanda, bu proseslərin həyata keçirilməsi üçün elə mexanizm tapılsın ki, cəmiyyət tərəfindən birmənalı qəbul edilsin. Təssüf ki, qaldırılan məsələlər cəmiyyətə elə primitiv metodlarla sırınmağa çalışılır ki, sanki insanlar  dünyada gedən proseslərdən bixəbərdirlər. Məsələn təklif olunur ki, ölkədə erkən nikahların qarşısını almaq məqsədilə nikaha daxil olmaq üçün yaş həddi 18-ə çatdırılsın. Şəxsən mən hesab edirəm ki, nikaha daxil olmaq üçün yaş həddinin artırılması qətiyyən çıxış yolu deyil. Təsəvvür edin ki, hazırda nikah üçün yaş həddi 17 nəzərdə tutulub, ancaq bəzi regionlarda qızlar nəinki 16, hətta 11-13 yaşlarında ərə verilir. Məgər yaş həddini 18-ə qaldırmala bu problemi aradan qaldırmaq mümkün olacaqmı?  Əksinə, bundan sonra 17 yaşında nigaha girənlər də qeyri-qanuni hesab olunacaq və nəticədə qanunsuz nikahların sayı bir o qədər də artacaq. Deməli erkən nikahların sayının qarşısını almaq üçün daha uğurlu metodun düşünülməsinə ehtiyac var. Elə Ailə Məcəlləsində tibbi müayinə ilə bağlı edilməsi nəzərdə tutulan dəyişikliklərin də çoxsaylı problemlər yaradacağı istisna edilmir. Layihədə nəzərdə tutulur ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin plnalaşdırılması  məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerlərindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirri hesab olunur. Nikaha daxil olan şəxslərdən biri özündə dəri zöhrəvi xəstəliyin və insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birisindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlığı barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına  siyahısı müvafiq icra hakimiyəti orqanı tərəfindən təsdiq edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçməsi haqqında arayış təqdim etməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyatı orqanı nikahı qeydiyata almazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edəcək. Etiraf edək ki, sənəd demək olar ki, bütün məqamlar nəzərə alınmaqla hazırlanıb və zahirən normal müddəa kimi qəbul oluna bilər. Ancaq gəlin görək bu normanı Azərbaycan cəmiyyətində tətbiq etmək mümkündürmü, cəmiyyət buna hazırdırmı? Bax, çoxsalı suallar buruda medan çıxır ki, onları layihdə qeyd edildiyi kimi asanlıqla cavablandırmaq mümkün deyil. İlk növbədə onu qeyd edək ki, hazırki şəraitdə  nikaha daxil olan gütlüklərin könüllü surətdə bu addımı atacaqları qətiyyən inandırıcı görünmür.  Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyatı orqanının isə belə bir sənəd tələb etməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Çünki vətəndaşlar nikaha daxil olmaqda azaddırlar və onların bu hüquqlrı Konstitusiya ilə qorunur. Məsələnin digər tərəfi bu müayinənin hansı şərtlərlə həyata keçirilməsi və həmin müayinənin neçə il qüvvədə olmasıdır ki, buna heç kim zəmanət verə bilməz. Səsləndirilən fikirlərə görə, gənc oğlan və qızlar orta məktəbi bitirən zaman tibbi müayinədən keçirilsin və onlara elektron sağlamlıq kartı verilsin. Ancaq gəlin etiraf edə ki, 18 yaşında sağlam olan istənilən gənc oğlan 25 yaşında hansısa yoluxucu xəstəliyin daşıyıcısına çevrilə bilər. Sağlamlığını qorumaq məqsədilə hər il müayinədən keçmək isə bizim millətə xas olmayan cəhətdir. Həmçinin inandırıcı görünmür ki, hansısa gənc sevdiyi şəxsə desin ki, «sevgilim mən insan immunçatışmazlığı virusunun daşıyıcısıyam, bəs sən?» və tərəflər bir-birlərinin belə xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə nikaha daxil olsunlar.  Bu fikirlər onunla əsaslandırılır ki, nikaha daxil olan şəxslərə bir-birlərinin xəstəlikləri barədə məlumat verilsin, bu xəstəlyin evlilik müddətində hansı fəsadlar törədiləcəyi izah olunsun, onların ailə qurub-qurmamayacaqları isə öz seçimlərindən asılı olsun. Əgər belə şəxslər məhəbbəti, sevgini hər şeydən uca tuturaq ailə qurucaqlarsa, onda niyə bir parça kağızla onların ailə həyatına şübhə salınsın, yaxud bir-birini sevən iki gəncin qovuşmasına qarşı çıxılsın. Digər bir məqam, təsəvvür edin ki, iki gənc bir-birini sevir və 3-4 il nişanlı qalır, ailə qurmaq məqamı gələndə  onlara birdən xəstə olduqları bildirilir. Bu zaman onların həyatlarının puç olması bir yana, bu məsələnin gizli saxlanılacağı, qonşuların dilinə düşməyəcəyi sox çətin məsələdir. Belə halda həmin xəstə qızın qapısını kiminsə döyəcəyi qeyri-mümkündür. Bu isə insan taleyi ilə oynamaqdan  başqa bir şey deyil. Nəticə etibarilə bu mexanizmin tətbiqi vətəndaşların ailə hüquqlarına qarşı çıxmaq kimi qiymətləndirilə bilər.

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı