Modern.az

Bu ölkədə bakirə qızın susması nikaha razılıq sayılacaq

Bu ölkədə bakirə qızın susması nikaha razılıq sayılacaq

Dünya

Bu gün, 10:02

Əfqanıstanda hakimiyyətdə olan Taliban hökuməti ailə münasibətləri, nikah və boşanma qaydalarını tənzimləyən yeni qanun qəbul edib. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Taliban lideri Hibatullah Axundzadənin təsdiqlədiyi 31 maddəlik “Həyat yoldaşları arasında ayrılıq prinsipləri” adlı sənəd Əfqanıstanın rəsmi qəzetində dərc olunub.

Qanunda ən çox diqqət çəkən məqamlardan biri bakirə qızın susmasının nikaha razılıq kimi qəbul edilməsidir. Sənədə əsasən, bakirə qız etiraz etmədiyi halda bu, evliliyə razılıq hesab oluna bilər. Lakin eyni qayda oğlanlara və əvvəllər evli olmuş qadınlara aid edilmir.

Yeni qanun müəyyən hallarda azyaşlıların evləndirilməsinə də imkan yaradır. Sənədə görə, ata və baba azyaşlı uşaqların nikahı ilə bağlı qərar verə bilər. Əgər bəy “ictimai baxımdan uyğun” hesab olunarsa və mehr dini normalara uyğun müəyyən edilərsə, belə nikah etibarlı sayıla bilər.

Qanunda həmçinin “büluğa çatdıqdan sonra seçim hüququ” prinsipi də yer alıb. Bu qaydaya əsasən, uşaqlıq dövründə bağlanan nikah tərəfin istəyi ilə sonradan ləğv edilə bilər. Lakin bunun üçün dini məhkəmələrin razılığı tələb olunur.

Sənəd Taliban hakimlərinə zina, din dəyişdirmə, ərinin uzun müddət itkin düşməsi və digər ailədaxili mübahisələrə müdaxilə etmək səlahiyyəti də verir. Müəyyən hallarda məhkəmələr ayrılıq, həbs və digər cəzalar tətbiq edə bilər.

Qeyd edək ki, Talibanın 2021-ci ildə yenidən hakimiyyətə qayıtmasından sonra Əfqanıstanda qadınların hüquqları ilə bağlı məhdudiyyətlər daha da sərtləşdirilib. Qızların 6-cı sinifdən sonra təhsil almasına qadağa qoyulub, qadınların universitetlərdə oxuması məhdudlaşdırılıb, onların iş, səyahət və ictimai həyatda iştirakı ciddi şəkildə məhdudlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı