Modern.az

"Kalaşnikov"la törədilən cinayətin şübhəliləri hakim QARŞISINDA

"Kalaşnikov"la törədilən cinayətin şübhəliləri hakim QARŞISINDA

Ölkə

21 Oktyabr 2024, 13:04

Fevral ayında Şəmkirdə 1997-ci il təvəllüdlü Zabil Aslanovu "Kalaşnikov" silahı ilə qətlə yetirməkdə şübhəli bilinən Babək və Bahəddin Bayramlı qardaşlarının işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlət Məhkəməsinə göndərilib.

 

İşə hakim Mikayıl Məmmədzadənin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

 

Xatırladaq ki, fevral ayında rayonun Şiştəpə kəndində  1997-ci il təvəllüdlü Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində həyatını itirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

 

İddialara görə, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Buna görə də Babək Bayramlı və qardaşı Bahəddin intiqam almaq qərərına gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...