Modern.az

Yaxşılıq əmanəti

Yaxşılıq əmanəti

Ölkə

3 Fevral 2014, 13:51

Birinci saat artıq bilirdik ki, coğrafiya dərsi olmayacaq. Demək axırıncı saat ya evə getməli, ya da uşaqlarnan futbol oynamalıydıq. Hava çiskinli olduğundan futbol oynamaqdan vaz keçdik...

Əliş kişi qaşlarını çatıb dəyirmanın yanında  oturmuşdu. Çox əsəbi görsənirdi. Nə isə elə bil özü-özüylə danışırdı. Salam verib tələsik evə gəldim. Yüngülvarı nahar edib,  bir azdan dəyirman həyətinə qayıtdım. Əliş kişinin simasında ciddilik  var idi. O, hər saat belə görkəm almırdı...

Dəyirmanı dayanmışdı. İçəri keçdim ki, təhnəsi, dəyirman daşı  sökülmüş vəziyytətdədi. Dəyirman daşını Əliş kişi dişəyib qurtarmışdı. Hiss olunurdu ki, işi qurtarıb. Qalır dəyirmanı yığıb  işə salmaq. Amma Əliş kişi sözlü adama oxşayırdı.

- Dədəbala bu gün nə yaxşı tez  gəlmisən- deyə Əliş kişi dilləndi.

- Axırıncı saat boş keçdi, Valeh müəlim xəstəydi, - cavab verdim.

Əliş kişi xətrimi çox istəyirdi. Həmişə mənə məsləhətlərini verməyi də unutmazdı. Hər görüşdə mütləq bir söhbət başlayar, nəsihətini verərdi. Hətta dəyirman haqqında, iş prinsipi  barədə saatlarla danışar, yorulmazdı.

- Dədəbala kənddən bir xəbər eşitməmisən?

- Yox Əliş əmi.

- Deyirlər,  Sadiqin oğlu bu gecə keçinib, iraq qulaqlarımızdan.

- Allah rəhmət eləsin,yox əmi, eşitməmişəm .

- Çox cavan idi, yazıq. Üç körpəsi yetim qaldı...

Bir az fikri gedəndən sonra Əliş kişi söhbətə başladı.

- Rəhmətlik cavan olsa da, yaxşı oğlan idi. Amma  dədəsi harın adam idi. Cibində 10 manat pul olanda ayağı yerə dəyməzdi. Vəzifədə olanda isə bir kimsəyə salam verməzdi. Gözləyirdi ki, hamı ona salam versin.  Arada  bir xeyli müddət işsiz qaldı. Olan olmazını satdı. Arada benzin pulu belə  tapmırdı. Hamı elə bilirdi ki, daha Sadiq özünə gələr. Amma belə olmadı.  İş elə gətirdi ki, uzaq qohumlarından birini rayona birinci katib qoydular.  O da gələn kimi bunu sovet sədri seçdi.

Dədəbala, Sadiq bu dəfə nətər başladısa qabağına duran tapılmadı. Adamlara qan uddururdu. Bir arayışı pulsuz verməzdi.  Birinin qapısına daş tökülürdüsə, axşam “uçatkovu” həyətdə olardı. Beləcə, hamıya zülm elədi, rəhmətliyin oğlu.

Görürsən indi cəzasını aldı. Deyir allah var, şəriki yoxdu.  Ata üçün bundan böyük cəza ola bilməz, dədəbala. Oğulun çinyinlərində getmək əvəzinə özün oğlunu çiynində aparasan qəbir evinə.  Allah uzaq eləsin. Bundan böyük dərd  ola bilməz ata üçün...

Əliş kişi kövrəlmişdi. İşəri otaga keçib üzünə su vurdu:

- Ona görə, dədəbala, çalış yaxşılıq etməyi unutma ki, iraq olsun, belə faciəyə tuş gəlməyəsən...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı