2025-ci ildə dövlət qulluğu üzrə müsahibələrdə ən yüksək göstərici Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində qeydə alınıb. Nazirlik üzrə 65 namizəd dövlət qulluğuna qəbul edilib, 117 nəfər isə ehtiyat kadrlar siyahısına daxil olunub.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "Hesabatlar və təhlillər" bölməsində yer alıb.
Ümumi göstəriciyə görə sonrakı yerlərdə Kənd Təsərrüfatı Nazirliyi (69 nəfər), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (65 nəfər), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (62 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (54 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (53 nəfər) və Gənclər və İdman Nazirliyi (50 nəfər) qərarlaşıb.
Statistikaya əsasən, dövlət qulluğuna birbaşa qəbul olunanların sayına görə ilk sıralarda Elm və Təhsil Nazirliyi (65 nəfər), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (52 nəfər), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (42 nəfər), Kənd Təsərrüfatı Nazirliyi (35 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (33 nəfər) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (32 nəfər) yer alıb.
Ehtiyat kadrlar siyahısına daxil edilən namizədlərin sayına görə isə Elm və Təhsil Nazirliyi (117 nəfər) ilk yerdə qərarlaşıb. Sonrakı yerlərdə Kənd Təsərrüfatı Nazirliyi (34 nəfər), Gənclər və İdman Nazirliyi (30 nəfər), Maliyyə Nazirliyi (28 nəfər), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (24 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (22 nəfər) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (19 nəfər) qərarlaşıb.