Modern.az

Qalibaf Bakıdan Ermənistana üstüörtülü xəbərdarlıq etdi

Qalibaf Bakıdan Ermənistana üstüörtülü xəbərdarlıq etdi

Ölkə

Bu gün, 11:54

İran regionda təhlükəsizliyin kənar güclər tərəfindən deyil, məhz bölgə ölkələrinin özləri tərəfindən təmin olunmalı olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.

Məhəmməd Baqer Qalibaf bildirib ki, diplomatiya yalnız qarşılıqlı hörmət, bərabərlik, dövlətlərin suverenliyinin tanınması və xalq dəstəyi əsasında qurulduqda dayanıqlı və effektiv ola bilər.

İran parlamentinin sədri qeyd edib ki, bölgənin gələcəyi xarici güclərin maraqları əsasında deyil, region xalqları və dövlətlərinin öz qərarları ilə müəyyənləşməlidir. O vurğulayıb ki, regional təhlükəsizlik yalnız bölgə ölkələrinin birgə səyləri ilə təmin oluna bilər və heç bir dövlət öz təhlükəsizliyini digərinin təhlükəsizsizliyi hesabına qura bilməz.

Qalibaf çıxışında İslam dünyasının böyük iqtisadi, enerji, tranzit və insan resurslarına malik olduğunu, bu potensialın müsəlman ölkələrinin dayanıqlı inkişafı və rifahı naminə istifadə edilməsinin vacibliyini bildirib. O qeyd edib ki, enerji resursları, tranzit dəhlizləri, elmi və insan kapitalı ümumi inkişaf məqsədlərinə xidmət etməlidir.

Məhəmməd Baqer Qalibaf əlavə edib ki, İran regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda, təcriddə deyil, birgəyaşayışda, idxal olunmuş təhlükəsizlik modelində deyil, ortaq və yerli təhlükəsizlik mexanizmlərində görür. Onun sözlərinə görə, Tehran bütün İslam ölkələri ilə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, mehriban qonşuluq və ortaq maraqlar prinsipi əsasında əməkdaşlığı genişləndirməyə hazırdır.

O, həmçinin bildirib ki, İran iqtisadi, ticarət, maliyyə, elmi və kollektiv təhlükəsizlik sahələrində ortaq mexanizmlərin yaradılmasını dəstəkləyir. Qalibaf regionda xarici hərbi qüvvələrin mövcudluğunu da sabitlik üçün risk kimi qiymətləndirib və onların bölgədən çıxarılmasını strateji hədəf adlandırıb.

İran parlamentinin sədri vurğulayıb ki, qonşuluq təkcə coğrafi yaxınlıq deyil, həm də ortaq məsuliyyətdir. Onun fikrincə, qonşu ölkələri zəiflətməyə, təcrid etməyə və ya qeyri-sabitliyə sürükləməyə yönələn siyasət uzunmüddətli sabitlik gətirə bilməz.

Qalibaf qeyd edib ki, İran bütün İslam ölkələrinə, xüsusilə region dövlətlərinə və körfəz hövzəsində yerləşən ölkələrə təhlükəsizlik sazişləri ilə yanaşı, dayanıqlı iqtisadi əməkdaşlıq təklif edir. O bildirib ki, belə əməkdaşlıq həm bölgənin investisiya baxımından daha təhlükəsiz məkana çevrilməsinə, həm də ortaq təhdidlərə qarşı daha dayanıqlı sistemin qurulmasına xidmət edə bilər.

Xatırladaq ki, İranın qonşusu olan Ermənistanda üçüncü tərəfin - Avropa Monitorinq Missiyasının nümayəndələri yerləşdirilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!