Müxtəlif münaqişə tərəfləri müharibəyə başqa ölkələrdən də adamlar cəlb edirlər.
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Safadi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Təəssüf ki, üçüncü ölkələrin münaqişələrindən iştirak edən və həlak olanlar var. Bir daha mən çağırış etmək istəyirəm ki, vətəndaşlarımız üçüncü ölkələrdə münaqişələrdə, silahlı birləşmələrin tərkibində iştirak etməsinlər. Bununla ilk növbədə onlar öz həyatlarını riskə atırlar, digər yansan Azərbaycan qanunlarına görə cinayət uşləyirlər. Bu bəzən həmin şəxslərin vətəndaşlıqdan çıxarılması ilə nəticələnir”.