Modern.az

Azərbaycanda doğum sayı azalıb - Rəsmi rəqəmlər açıqlandı

Azərbaycanda doğum sayı azalıb - Rəsmi rəqəmlər açıqlandı

Ölkə

Bu gün, 10:14

Bu ilin yanvar-may aylarında Azərbaycanda doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hesabat dövründə 34 min 56 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi isə 2025-ci ilin müvafiq dövründəki 9,2-dən 2026-cı ildə 8,0-a enib.

Qeyd olunub ki, doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Statistikaya əsasən, doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR