“Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiqlənib.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının)
SİYAHISI
|
Sıra №-si |
Milli prioritet sektorlar |
Məsul dövlət orqanları (qurumları) |
|
1. |
Məhkəmə |
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası |
|
2. |
Energetika |
Azərbaycan Respublikasının Energetika Nazirliyi |
|
3. |
Telekommunikasiya, nəqliyyat və logistika |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
|
4. |
Vergi, sənaye, ticarət və daşınmaz əmlak |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi |
|
5. |
Kənd təsərrüfatı |
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi |
|
6. |
Təhsil |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi |
|
7. |
Səhiyyə |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi |
|
8. |
Gömrük |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi |
|
9. |
Dövlət təhlükəsizliyi |
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti |
|
10. |
Dövlət sektorunda informasiya təhlükəsizliyi |
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti |
|
11. |
Maliyyə bazarları |
Azərbaycan Respublikasının Mərkəzi Bankı |