Modern.az

Almaniya Kansleri İlham Əliyevə təşəkkür etdi

Almaniya Kansleri İlham Əliyevə təşəkkür etdi

Ölkə

21 İyul 2026, 17:15

Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir.

Modern.az xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında söyləyib.

"Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb”, – deyə Kansler vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi