Modern.az

Nazirlik işçisi yüzlərlə qadına narkotik verib - Fransada qalmaqal

Nazirlik işçisi yüzlərlə qadına narkotik verib - Fransada qalmaqal

Ölkə

Bu gün, 17:03

Fransada Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurlarından birinin iş müsahibəsi zamanı qadınlara sidikqovucu təsir göstərən maddələr verdiyi və onları ictimai yerlərdə sidiyə getməyə məcbur etdiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hadisələr 2009–2018-ci illər arasında baş verib. Hazırda təxminən 250 qadın həmin məmurun onlara narkotik və ya digər təsiredici maddələr verdiyini iddia edir. Qadınlar bunun “kimyəvi tabeetmə” – insan üzərində nəzarət yaratmaq üçün dərman və ya digər maddələrdən istifadə üsulu olduğunu bildirirlər.

Zərərçəkənlərdən biri Anais de Vos 2011-ci ilin iyulunda Parisdə Fransa Mədəniyyət Nazirliyində iş müsahibəsində iştirak edib. Həmin vaxt 27 yaşında olan qadın müsahibəni aparan yüksək vəzifəli dövlət qulluqçusu Kristian Neqrenin təklif etdiyi qəhvədən içib.

Anais adətən qəhvə içməsə də, nəzakət xatirinə təklifi qəbul edib. Daha sonra onlar Paris küçələri ilə hərəkət edərkən qadın qəfil güclü və qarşısıalınmaz şəkildə tualetə getmək ehtiyacı hiss edib. Anais həmin an vəziyyətinin kəskin pisləşdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?