Türkiyəli jurnalist, Yaxın Şərq və Suriya məsələləri üzrə siyasi şərhçi və analitik Deniz Büstani Azərbaycanla bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, o, sosial media hesabında Azərbaycan və Türkiyə arasındakı münasibətlərə toxunaraq sərt fikirlər səsləndirib.
“Azərbaycana düşmən olmaq, Türkiyəyə də düşmən olmaq deməkdir! Azərbaycana düşmən olan həm türk millətinə, həm də dövlətlərinə düşməndir və bədəlini ödəyər!” – deyə jurnalist bildirib.
Bundan başqa Deniz Büstani həmkarları Küresel Gazeteciler Konseyinin sədri, “Yeni Alanya” qəzetinin rəhbəri Mehmet Ali Dim, “Independent Türkçe”nin baş redaktoru Nevzat Çiçek, “Hürriyet” qəzetinin redaktoru Nurcan Demirtaş, “Dünya” qəzetinin jurnalisti Hayati Arıgan, “Cumhuriyet” qəzetinin yazarı Nalan Yazgan və “Aydınlık” qəzetinin yazarı Ahmet Coşkunaydın da onun fikri ilə razılaşdıqlarını bildiriblər.