Modern.az

Putinin qərarı azərbaycanlıları çətin vəziyyətə salıb

Putinin qərarı azərbaycanlıları çətin vəziyyətə salıb

Ölkə

Bu gün, 12:06

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlara da aid edilib. 

Bəs Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulmasının Azərbaycana hansı mənfi təsirləri ola bilər?

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov Modern.az-a danışıb. Onun sözlərinə görə, bu qərar siyasi xarakter də daşıya bilər.

"Bu qərar tam bazar iqtisadiyyatı olmayan ölkələr üçün normal haldır, bizdə də elədir. Lakin siyasi vəziyyəti və Rusiyada yaşayan azərbaycanlı sahibkarları nəzərə alsaq, bu böyük problemdir.  Onların Azərbaycanda yaşayan qohumlarına, tanışlarına pul köçürməsi məhdudlaşdırılacaq.
Nəzərə alsaq ki,Azərbaycanda xeyli insanın ailə üzvləri Rusiyada çalışır və ordakı qazanc hesabına dolanırlar. Bu onlar üçün ailələrinə pul köçürmə prosesini də çətinləşdirəcək".

Ekspert qeyd edib ki, vətəndaşlar hər halda bir çox üsul tapacaqlar. 

"Proses çətinləşsə də, sahibkarlar fərqli adlarla, yaxud hissə-hissə köçürmə həyata keçirəcəklər".

Lamiyə Cənnətzadə

Sizə yeni x var
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!