Modern.az

Qaxda 18 yaşlı oğlan qəza törədib, 17 yaşlı yeniyetmə öldü

Qaxda 18 yaşlı oğlan qəza törədib, 17 yaşlı yeniyetmə öldü

Ölkə

Bu gün, 09:42

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaxda bir nəfərin öldüyü, dörd nəfərin xəsarət aldığı qəza barədə məlumat yayıb.

Modern.az-a BDYPİ-dən verilən məlumatda bildirilib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən gəncin sürət həddini aşması digər gəncin həyatına son qoyub:

"Bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır. İdarə bir gəncin həyatına son qoyan bu faciədən düzgün nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir