Modern.az

Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ölkə

Bu gün, 00:01

Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür.

Modern.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib.

2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb.

Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?