Modern.az

Bu küçələr təmirə bağlanır

Bu küçələr təmirə bağlanır

Ölkə

Bu gün, 21:46

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?