Modern.az

"Həzi Aslanov" stansiyasına hərəkət bərpa olundu

"Həzi Aslanov" stansiyasına hərəkət bərpa olundu

Ölkə

Bu gün, 08:37

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.

Modern.az xəbər verir ki, "Həzi Aslanov"–"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.

"İçərişəhər"–Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib.

Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov–Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu

Sizə yeni x var
Keçid et
Türkiyədə həbslər başladı - Bakıya hücum edənlər cəzalandırılır