
Son vaxtlar Azərbaycanda mediasında “Atası tərəfindən zorlanan qız” , “Qardaşının cinsi hücumuna məruz qaldı”, “Öz qızına tacavüz edən ata”, “Yaxın qohumu tərəfindən zorlanan qız” və s. bu kimi ürəkbulandıran xəbər başlıqlarına rast gəlirik. Və çox təəssüf ki, belə xəbər başlıqları əksər vaxt gerçəkdən baş vermiş tükürpədici hadisələri əks elətdirir.
Görəsən Azərbaycan cəmiyyətində bu kimi üzdəniraq olayların baş verməsinə səbəb nədir? Belə hadisələrin törədilməməsi üçün nə edilməlidir?
Hər kəsi düşündürən bu suallara “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova cavab verib. O, Modern.az-a açıqlamasında bildirib ki, bu cür hallar baş verdikdə zərərçəkənlər əvvəlcə xəbərin ictimailəşməsindən qorxur, onu uzun müddət gizli saxlayırlar. Sonra bir sıra hallarda gizli olaraq polis orqnlarına məlumat verirlər ki, onda da gec olur.
“Çünki onlar elə düşünürlər ki, bu məsələ böyüsə, qabardılsa biabır olarlar. Uşaqlarını cinsi istismara məruz qoyanların bu addımı adətən həmin insanların içlərindəki cinsi tələbat boşluğu, müəyyən dövr ərzində pornoqrafik filmlərə davamlı baxmaları, yaşadıqları sosial həyat şəraiti ilə bağlı ola bilər. Valideyn övlad münsibətlərindəki pərdənin götürülməsi də buna səbəb olur. Hər dəfə deyirəm ki, bu, o qədər həssas mövzudur ki, məsələni qabartsaq, bizim itirdiklərimiz qazanıqlarımızdan daha çox ola bilər. Çünki belə bir məsələ var ki, bu cür hadisələri biz düzgün formada cəmiyyətə çatdırmasaq, tamam başqa cür anlaşılar. Yəni ki, belə deyək, bu barədə düşünməyənlər belə, düşünməyə başlayar. Amma valideynlərin öz övladlarına qarşı cinsəl təklifi və cinsəl hərəkətlətinin qarşısı mütləq alınmalıdır. Bunlar yolverilməzdir”.
M.Zeynalova deyir ki, belə hallar regionlarda üstünlük təşkil edir. “Bəzi hallarda regionlarda elə eybəcər hadisələr törədilir ki, biz ağlımıza belə, sığışdırmırıq. Bu məsələlər regionlarda daha çox qapalı qalır. Məsələn, mən bir rayonda olmuşdum, icra başçısı dedi ki, “bir qız öz valideyni tərəfindən cinsi istismara məruz qalıb. Biz xəcalətimizdən bunu gündəmə gətirmədik. Amma həmin şəxs təbii ki, cəzalandı””.
M.Zeynalovanın sözlərinə görə, cinsi istismara qalmış qızların cəmiyyətə adaptasiyası çox ciddi məsələdir.
“Bu məsələdə QHT-lərlə polisin əməkdaşlğını gücləndirmək lazımdır. Məsələn, rayonlarda hadisələr olub, biz çalışmışıq ki, həmin insanları qurtaraq, yenidən həyata qaytaraq. Hər bir zoraklılıq növbəti zorakılıq üçün faktordur. Əgər həmin insanlar adaptasiya mərhələsinə qədəm qoyub reablitasiya olunmasa, bunların qarşısı alına bilməz. Çünki artıq zaman keçdikcə, həmin insanlarda bu, aqresiyaya çevrilir”.
Hüquq müdafiəçisi deyir ki, bu kimi xəbərləri qəzetin və saytın manşetinə vermək, baş yazı kimi təqdim etmək düzgün deyil.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, adətən cinsəl təcavüz ögey atalar tərəfindən ögey qızlara edilir.
”Əsas səbəb savadsızlıq, nadanlıqdır. Belə hadisələri edən insanlar psixi cəhətdən xəstədirlər. Bu hərəkətləri edən şəxslərin vaxtilə özlərinə qarşı seksual hərəkətlər olub və onlar ciddi travma alıblar. Ona görə də onlar bunu indi öz ailələrində övladlarına tətbiq edirlər”.
Y.Bəkirov ehtiyatlı maarifləndirici işlərin aparılmağnın tərəfdarıdır. Onun fikrincə, medianın belə xəbərlər yayması qorxulu sayılmamalıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin növ cinayyətlərin törədilməsinə görə şəxsə 8 ildən 15 ilə qədər həbs cəzası verilə bilər.
Ağa Akifoğlu