İslandiyada keçirilən referendumda seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların bərpa edilməsinin əleyhinə səs verib.
Modern.az xəbər verir ki, səslərin hesablanmasına əsasən, seçicilərin 52,8 faizi danışıqların bərpasına qarşı çıxıb, 47,2 faizi isə bunu dəstəkləyib. Referendumda seçici fəallığı 82,5 faiz təşkil edib.
Aİ-yə inteqrasiyanın əleyhdarları bildiriblər ki, üzvlük İslandiyanın suverenliyini məhdudlaşdıra, həmçinin ölkənin balıqçılıq və kənd təsərrüfatı sahələrinə mənfi təsir göstərə bilər.
Danışıqların bərpasını dəstəkləyənlər isə Aİ ilə daha sıx inteqrasiyanın iqtisadi üstünlüklər, o cümlədən inflyasiyanın və faiz dərəcələrinin azalması ilə nəticələnəcəyini düşünürdülər.
Qeyd edək ki, İslandiya Aİ-yə üzvlük üçün ilk müraciətini 2009-cu ildə edib. Lakin üzvlük danışıqları 2013-cü ildə dayandırılıb.