Modern.az

Maşın beton maneəyə çırpıldı, sərnişin xəsarət aldı

Maşın beton maneəyə çırpıldı, sərnişin xəsarət aldı

Hadisə

30 Avqust 2026, 16:57

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan onun həmyerlisi, sərnişin 1974-cü il təvəllüdlü Hüseyn Əhmədov xəsarət alıb.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!