Modern.az

Milli Məclisdə dərmanlarla bağlı iclas ÇAĞIRILDI

Milli Məclisdə dərmanlarla bağlı iclas ÇAĞIRILDI

Parlament

3 İyul 2023, 15:36

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, toplantı sabah baş tutacaq. 

 

İclasda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

 

Məlumata görə, komitə iclasında Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

 

Xatırladaq ki, "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin 23 iyunda keçirilən plenar iclasında birinci oxunuşda müzakirədən sonra qəbul olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?