Modern.az

Yaponiyada ölənlərin sayı 300-ə çatıb

Yaponiyada ölənlərin sayı 300-ə çatıb

Təhsil

11 Mart 2011, 18:18

Yaponiyanın şimal-şərq sahillərində Rixter cədvəli üzrə 8.9 bal gücündə baş vermiş zəlzələ və bunun nəticəsində əmələ gələn güclü sunaminin vurduğu ziyanın miqyası getdikcə genişlənir. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 300-ə çatıb, yüzlərlə insan itkin düşüb.

Yaponiyanın bütün Sakit okean sahili ərazilərində, Cənubi Amerika, Kanada, Amerika Birləşmiş Ştatların qərb sahilləri, ABŞ-ın Havay bölgəsi,Rusiya, Tayvan, İndoneziya, Filippin də daxil olmaqla, 53 ölkədə sunami xəbərdarlığı edilib.

Yaponiya Nazirlər Kabineti ölkədə elektrik enerjisi böhranının yarana biləcəyindən ehtiyat edir. Ölkənin şimalında 4.4 milyon ev işıqsız qalıb. Yaponiyanın Baş naziri Naoto Kan deyib ki, zəlzələ nəticəsində ciddi zərər dəyib, Tokyonun şərqindəki nefayrıma zavodlarında yanğın çıxıb. Fukushima nüvə raktorunun soyutma sistemi zərər gördüyündən atom elektrik stansiyasının yanında yaşayan 2 minə yaxın sakin evakuasiya edilib.

ANS xarici KİV-ə istinadən xəbər verib ki, Rusiyanın dövlət başçısı Dmitri Medvedev Yaponiyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə yardım etməyə hazır olduqlarını bəyan edib. Medvedev Rusiyanın fövqəladə hallar naziri ilə birlikdə keçirdiyi iclasdan sonra Moskva və Tokionun birlikdə çalışaraq bu fəlakətin öhdəsindən gələ biləcəklərini bildirib. "Zəlzələdən sonra meydana gələn dağıntıları aradan qaldırmaq üçün qonşularımıza kömək etməyə hazırıq. Fövqəladə hallar nazirinə yardım planı hazırlamaqla bağlı göstəriş vermişəm. Saxalin və Kuril adalarında da fövqəladə vəziyyət elan edilib. İnsan itkisinin olmaması üçün bütün mümkün tədbirlər görülür".

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı