ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis martın 13-də Bakıya rəsmi səfərə gəlib.
Audronyus Ajubalis martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsi və digər məsələləri müzakirə edəcək.
Bu, Audronyus Ajubalisin ATƏT sədri kimi regiona ilk səfəridir.
O martın 13-14-ü Bakıda, 15-16-da Tiflisdə, sonrakı 2 gün isə Ermənistan paytaxtında olacaq.
Modern.az