Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün aprelin 8-də ali məktəblərə hazırlaşan abituriyentlər üçün 2012-ci ilin ilk sınaq imtahanını keçirib. Modern.az TQDK-ya istinadən bildirir ki, sınaq imtahanında iştirak etmək üçün 30786 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanları respublikanın ayrı-ayrı şəhərlərində 41 binada keçirilib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, nəticələr elan olunduqda “Azercell”, “Bakcell”, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər.
Modern.az