Modern.az

Bakı Şəhər Baş Polis İdarəsi: «Mitinqdə 1200 nəfər iştirak edib»

Bakı Şəhər Baş Polis İdarəsi: «Mitinqdə 1200 nəfər iştirak edib»

Təhsil

8 Aprel 2012, 20:52


Bakı Şəhər Baş Polis İdarəsi müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın aprelin 8-də paytaxtın 20-ci yaşayış sahəsində keçirdiyi mitinqlə bağlı məlumat yayıb.  
Məlumatda deyilir: «Aprelin 8-də özünü «İctimai Palata» adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir.  Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak etmişdir.  İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir».

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!