
Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri xanım Valentina Matviyenko aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıb.(AzərTAc)
Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Səfər çərçivəsində V.Matviyenkonun Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Modern.az