Modern.az

TQDK bəzi abituriyentləri sınaq imtahanına buraxmayıb

TQDK bəzi abituriyentləri sınaq imtahanına buraxmayıb

Təhsil

9 Aprel 2012, 11:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il aprelin 8-də Bakı, Naxçıvan,  Gəncə, Tovuz, Qazax,  Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli,  Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında növbəti sınaq imtahanı keçirib.

TQDK-dan Modern.az-a bildirlib ki, İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.

“Təəssüflə qeyd edirik ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılmışlar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkar edilmiş və həmin abituriyentlər imtahana buraxılmamışlar”.

Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır.

Yaxın günlərdə nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə biləcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı