Aprelin üçüncü ongünlüyündə Bakıdakı orta məktəblərin IV siniflərində test yoxlaması keçiriləcək. Bu dəfə də şagirdlərə hər birində 15 sual olmaqla 10 variant üzrə yoxlama testləri təqdim ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirlib ki, əsas məqsəd ibtidai təhsilin sonuncu pilləsində olan şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir.
Bundan başqa aprel ayı ərzində məktəblilərin vahid formaları ilə bağlı təhsil ocaqlarında araşdırmaların aparılması nəzərdə tutulub.
Modern.az