Modern.az

Məleykə Abbaszadə hər şeyi açıqlayacaq

Məleykə Abbaszadə hər şeyi açıqlayacaq

Təhsil

9 Aprel 2012, 15:03


Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının  (TQDK) sədri Məleykə Abbaszadə sabah 2012-2013-cu tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirəcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, komisiya sədri 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı bütün məlumatları verəcək. Tədbirdə “Abituriyent” jurnalının 2-ci sayının təqdimatı da olacaq. Jurnalın 2-ci sayında ali məktəbə hazırlaşan abituriyentlər üçün lazımi məlumatlar yer alıb.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı