Modern.az

Zəfəran Apteklər şəbəkəsi ailəvi istrahətə dəvət edir

Zəfəran Apteklər şəbəkəsi ailəvi istrahətə dəvət edir

Təhsil

4 May 2012, 10:46

Zəfəran apteklər şəbəkəsi “KSM Azərbaycan”nın dəstəyi ilə “Ailənizin Zəfər anı” aksiyasını keçirəcək.

  12 mayda Beynəlxalq ailə günü ərəfəsində Mərkəzi Nəbatаt bağında ailəvi istrahət təşkil ediləcək. Tədbirdə gənc ailələr və onların 3-6 yaşındakı uşaqları iştirak edəcək.  

Lakin bayram gəzintisinə qoşulmaq üçün “Sizin ailənizdə ən yadda qalan hadisə barədə hekayə” adlı müsabiqədə iştirak etmək lazımdır.

Müsabiqənin nəticələrinə əsasən ailəvi istirahətə dəvət olunan 20-dək ailə seçilə bilər. Sifarişlərin qəbulu 9 may tarixində bitəcək.   Müsabiqənin şərtlərinə əsasən bütün arzu edənlər öz ailələri barədə məlumatı və bir neçə fotoşəkilləri [email protected] elektron poçtuna göndərə bilərlər.  

Ətraflı  məlumatı “8811 Qaynar xətt” nömrəsinə zəng etməklə və ya //www.facebook.com/zeferanaptek və  //www.facebook.com/events/343438219054264/ saytına keçməklə öyrənmək olar.  

Müsabiqədən keçmiş ailələr qarşıdakı səfər barədə tam məlumat alacaq və təşkilatçılar tərəfindən bütün lazımi vəsaitlərlə təmin olunacaqlar.  
Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...