Modern.az

“Avroviziya”lı Pastora Soler: "Bakıdan zövq almağa çalışıram"

“Avroviziya”lı Pastora Soler: "Bakıdan zövq almağa çalışıram"

Təhsil

4 May 2012, 12:40

Modern.az saytı Eurovision.az saytına istinadən bildirir ki, İspaniyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Pastora Soler Bakı səfərinə qədər ingilis dilini də təkmilləşdirir. Gündəlik ingilis dili kursları isə müğənninin şou hazırlıqlarına mane olmur. Pastora Soler "Quédate Conmigo" (Stay With Me) mahnısının müsabiqədə uğur qazanacağına əmindir. Müğənni Bakıdan  zövq alacağını da deyib. İspaniya Eurovision Mahnı Müsabiqəsinin böyük beşliyinə daxil olduğundan Pastora Bakı səhnəsinə müsabiqənin final günü - mayın 26-da çıxacaq.

Qeyd edək ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin mayın 22, 24-də yarımfinal, mayın 26-da final mərhələsi keçriləcək.

 

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı