Modern.az

Olimpiadada sonuncu cüdoçumuz da uduzdu

Olimpiadada sonuncu cüdoçumuz da uduzdu

Təhsil

2 Avqust 2012, 15:11

Bu gün XXX London Yay olimpiadasında sonuncu cüdoçumuz tatami üzərinə çıxıb. Modern.az xəbər verir ki, Elmar Qasımov 100 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Mübarizəyə 1/16 finaldan başlayan E.Qasımov bu mərhələdə qazaxıstanlı cüdoçu Maksim Rakovla qarşılaşıb. Ağır mübarizə şəraitində keçən görüşdə cüdoçumuz yuka xalı ilə qalib gəlib.

***

1/8 final mərhələsində Elmar Qasımov gürcüstanlı Levan Jorjoliani ilə qarşılaşmada rəqibini yuko xalı ilə məğlub edərək qalib  finala çıxıb. Cüdoçumuz 1/4 finalda cənubi koreyalı Hi-Tae Hvanqla mübarizə aparacaq.

***

Olimpiadada mübarizə aparan sonuncu cüdoçumuz Elmar Qasımov da ¼ finalda cənubi koreyalı HWANG, Hee-Tae ilə mübrizədə məğlub oldu.

Qeyd edək ki, Londona 8 cüdoçu ilə yollanan millimizin 8 idmançısı da mübarizəni dayandırıb.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi