Modern.az

Gürcülərdən azərbaycanlılara qarşı sərt ittiham

Gürcülərdən azərbaycanlılara qarşı sərt ittiham

Təhsil

5 Fevral 2010, 17:00

Gürcülər iddia edir ki, Bertubanidəki  “David Qareci” monastrı ərazisindəki tarixi freskalar azərbaycanlı çobanlar tərəfindən məhv olunur. Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Kaxetiya informasiya mərkəzinə tarixçi Aleksandr Elerdaşvili bildirib. Onun sözlərinə görə, Bertubani Azərbaycanın nəzarətində olan ərazidədir və çobanlarla yanaşı azərbaycanlı sərhədçilər də freskaları məhv edir. Saqareco rayonunda yaşayan tarixçi baş verənləri vandalizm adlandırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?