Modern.az

Bakıda ikimərtəbəli ev sahibi və əşyaları ilə birgə yandı

Bakıda ikimərtəbəli ev sahibi və əşyaları ilə birgə yandı

Təhsil

5 Fevral 2010, 17:17

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 170 kv.m. olan ikimərtəbəli 3 mənzildən ibarət yaşayış evinin yanar konstruksiyaları və həmin mənzillərdə olan əşyalar ümumilikdə 140 kv.m. sahədə yanıb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Dağılmış konstruksiyalar altında qalmış 1 nəfər yaralı şəxs və 1 ev heyvanı yanğınsöndürənlər tərəfindən xilas edilib, 4 nəfər təxliyyə olunub, həmçinin, bitişik evlər yanğından mühafizə olunub. Yaralı xəstəxanaya aparılıb.
 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?