Modern.az

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunacaq

Təhsil

8 Fevral 2010, 20:08

Fevralın 23-də Vaşinqtonda Cənubi Qafqaza dair könfrans keçiriləcək. Modern.az xəbər verir ki, “Cənubi Qafqaz:təhlükəsizlik, energetika və ABŞ-ın maraqları” mövzusunda keçiriləcək tədbirdə eyni zamanda  Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin  həlli problemi müzakirə olunacaq.  Konfransda energetika  təhlükəsizliyi və regional rəqabət, ABŞ-ın Cənubi Qafqazdakı maraqları diqqətdə olacaq. Tədbirdə Ceymstaun Fondunun əməkdaşı Vladimir Sokor, ABŞ dövlət katibinin keçmiş müavini Riçard Armitac, “Heritage” fondunun aparıcı eksperti Ariel Koen kimi ekspertlər iştirak edəcək.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!