Modern.az

Bu gecə Bakıya içməli suyun verilməsi 48 saatlığa dayandırılacaq

Bu gecə Bakıya içməli suyun verilməsi 48 saatlığa dayandırılacaq

Təhsil

4 Oktyabr 2012, 11:38

Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 4-də saat 23:00-dan  Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq.
“Azərsu”-dan Modern.az-a bildirilib ki, bununla əlaqədar  5-6 oktyabr tarixlərində Hacıqabul  və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və “20-ci sahə” yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə  içməli suyun verilməsində fasilələr yaranacaq.  

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
 

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr