Azərbaycanın bölgələrinə səfərə çıxan Prezident İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gedib. Verilən məlumata görə, Dövlət başçısı Ağdaşdakı Olimpiya İdman Kompleksinin açılışında iştirak edəcək, Ağdaş şəhərinin içməli su sisteminin yenidən qurulması layihəsinin icrası ilə tanış olacaq, tikilən obyektlərə baxış keçirəcək.
Ölkə başçısının yeni inşa olunacaq bəzi obyektlərin təməlqoyma mərasimində də iştirakı gözlənilir.