Modern.az

Hökuməti dəhşətə salan qorxu filmi

Hökuməti dəhşətə salan qorxu filmi

Təhsil

12 Fevral 2010, 13:51

Həftənin əvvəlində İtaliyada ilk dəfə ekranlara çıxan “Paranormal Activity” qorxu filmi hökuməti təşvişə salıb. Modern.az xarici  mətbuatına istinadən xəbər verir ki, hər hansı yaş həddi xəbərdarlığı olmadan nümayiş olunan dəhşət filmi bir nəfərin infarkt keçirməsinə, onlarla insanın isə ruhi sarsıntıdan xəstəxanalara müraciət etməsinə səbəb olub.

 

14 yaşlı qızın 14 qorxudan komaya düşməsi və xeyli sayda vətəndaşın panika halında xəstəxanalara yerləşdirilməsi rəsmi dairələri ciddi narahat edib. Ölkənin müdafiə naziri İqnazio La Russa iki həftə ərzində reklamları gedən, nəhayət yayımlanması ilə uşaqlarda qorxu sindromu yaradan filmlə bağlı ciddi tədbirlər görülməsini tələb edib. Bunun ardınca mədəniyyət naziri Sandro Bondi çoxsaylı şikayətlərdən əndişə duyduqlarını və filmə dair önləyici tədbirlər alınacağını bildirib.

 

Qeyd edək ki, rejissor Oren Pelinin sadəcə 15 min dollar vəsait hesabına çəkdiyi bu film bir ev içərisində gənc cütlüyün yaşadıqları həyacandan bəhs edir. Çox cüzi maliyyə vəsaiti sərf olunan film Amerikada ilk dəfə nümayiş olunduğu ötən ilin oktyabr ayında 22 milyon dollar gəlir gətirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı