Modern.az

Gürcüstan Rusiyaya nota verdi

Gürcüstan Rusiyaya nota verdi

Təhsil

18 Fevral 2010, 16:37

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan XİN-i bəyan edib ki,   Rusiya Gürcüstanın  işğal olunmuş ərazilərində hərbi  iştirakını  gücləndirir. XİN Moskvada Rusiya və Abxaziya arasında imzalanmış hərbi əməkdaşlığa dair razılaşmanın Gürcüstan əleyhinə olduğunu bildirir.

 

Qeyd edək ki, hərbi müqavilənin şərtlərinə müvafiq olaraq Rusiya qondarma respublika ərazisindəki Qudauta şəhərində 49 illiyə birləşmiş hərbi baza yaradır. Hərbi bazanın xidmət müddəti sonradan daha 15 il artırıla bilər.       

 

Gürcüstan XİN-i isə bəyan edir ki, Rusiya İstanbul sammitinin qərarlarına uyğun olaraq Qudautadakı hərbi bazanın 2001-ci il iyulun 1-ə kimi bağlanması barədə öhdəlik götürüb.  Tiflis hesab edir ki,  Moskvanın məqsədi Gürcüstan ərazilərinin hərbi işğalı və anneksiyasına legitimlik verməkdir. Bəyanatda qeyd olunur ki, Moskva işğal olunmuş ərazilərdən hərbi plasdarm kimi istifadə etməyə çalışır. “Rusiyanın ekspansiya siyasətini həyata keçirməsi təkcə Gürcüstan üçün deyil, həm də bütün Qafqaz və Qara dəniz regionu üçün real təhlükə yaradır”.

Gürcüstan XİN işğal olunmuş ərazilərin Rusiya tərəfdən silahlandırılmasına kəskin etirazını bildirir və dünya birliyini Moskvanın qanunsuz hərəkətlərinə müvafiq qiymət verməyə və bu cəhdlərin qarşısını almağa çağırır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?