Modern.az

Baş Prokurorluq: “Bu xəbər tərəfimizdən qəti şəkildə təkzib olunur”

Baş Prokurorluq: “Bu xəbər tərəfimizdən qəti şəkildə təkzib olunur”

Təhsil

6 Dekabr 2012, 17:32

“Televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı Baş Prokurorluqda guya xüsusi komissiya yaradılması ilə əlaqədar Azəri-Press Agentliyi (APA) tərəfindən yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən qəti şəkildə təkzib olunur”.

Bunu Modern.az saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Qeyd edək ki, APA-nın məlumatına görə, Baş Prokurorluqda televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb. Komissiya hökumətin göstərişi ilə formalaşdırılıb.  

  Modern.az  
Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?