Modern.az

Azərbaycan adından Ermənistana təşəkkür edilib

Azərbaycan adından Ermənistana təşəkkür edilib

Təhsil

7 Dekabr 2012, 16:07

Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Ching-Kuo Wu Azərbaycan adından Ermənistana təşəkkür edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, AİBA prezidenti Ermənistanda keçirdiyi mətbuat konfransında çıxış edərək Azərbaycan boksçularının İrəvanda yüksək səviyyədə qəbul edildiyini bildirib.  

“Azərbaycan milli komandası üzvləri və nümayəndə heyəti Ermənistanda təşkil edilən dünya çempionatından məmnundurlar. Mən şəxsən onlarla danışdım. Heç bir şikayətləri yoxdur. Mən onlar adından ermənilərə və Ermənistana səmimi qəlbdən təşəkkür edirəm ", - deyə AİBA prezidenti bildirib.

 

Anar

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı