Modern.az

Sabirabadda saxlanılan cəbhəçilər sərbəst buraxılıb

Sabirabadda saxlanılan cəbhəçilər sərbəst buraxılıb

Təhsil

9 Dekabr 2012, 14:02

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü Sabirabad rayonunda polis tərəfindən saxlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, AXCP-nin metbuat katibi Natiq Ədilov, partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və partiya funksioneri Həsən Kərimov Sabirabadda keçirilən toplantıda polis tərəfindən döyülərək  şöbəyə apariliblar.

***

Sabirabadda saxlanılan AXCP üzvləri sərbəst buraxılıb. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov öz Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, Sabirabadda keçirilən toplantıdan sonra partiya fəalları bir yerdə şəkil çəkdirərkən polis onlara hücum edib. N.Ədilov cəbhəçilər arasında heç kimin fəsarət almadığını bildirib. Qeyd edib ki, polis tərəfindən saxlanılan partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Həsən Kərimov da sərbəst buraxılıb.

Anar

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı