Modern.az

Eldar Quliyev “Avropanın Əməkdar elm xadimi” adına və medala layiq görülüb

Eldar Quliyev “Avropanın Əməkdar elm xadimi” adına və medala layiq görülüb

Təhsil

10 Dekabr 2012, 11:30

Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, “Azərİttifaq”ın İdarə Heyətinin sədri, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Eldar Allahyar oğlu Quliyev ona Q.V.Leybnis medalı təqdim edilməklə “Avropanın Əməkdar Elm Xadimi” adına layiq görülüb.
Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademik V.Q.Tıminski bildirib ki, Eldar Quliyev 2012-ci ilin yekunlarına əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair dünya miqyaslı aktual elmi tədqiqatlarına və Avropa ölkələrində dərc edilmiş elmi məqalələrinə, habelə Avropa akademiyaları ilə sıx elmi əlaqələrə görə bu fəxri ada və medala layiq görülüb.
Təqdimat mərasimi laureat üçün münasib vaxtda Hannover və ya Berlin şəhərlərindən birində keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı