Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mərhum dövlət başçısı Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatında təqdimatını keçirəcək.
Kitab-disk Şuranın sifarişi və maliyyə yardımı ilə Mədəni İnkişaf İctimai Birliyi tərəfindən hazırlanıb. Ötən illər ərzində də Şuranın dəstəyilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyyət dastanı” (2010) və “Böyük ömrün davamı” (2011) kitabları elektron formatda hazırlanaraq ictimaiyyətə təqdim edilib, icra strukturlarına, mədəniyyət ocaqlarınaq, təlim-tərbiyə və təhsil müəssisələrinə paylanıb. Təqdimat mərasimi 11 dekabr 2012-ci il saat 11.00-da Bakı şəhəri Yasamal rayonu 20 saylı tam orta məktəbdə keçiriləcək.
Modern.az