Modern.az

“Əl Qaidə” Türkiyəni hədələdi

“Əl Qaidə” Türkiyəni hədələdi

Təhsil

23 Fevral 2010, 14:39

“Əl Qaidə” Türkiyənin Əfqanıstandakı hərbi rolunun artırılmasından dolayı Ankaranı təhdid edib. Türk mediasına istinadən Modern.az xəbər verir ki, təşkilatın ikinci şəxsi sayılan Eymən Əl Zəvahirinin səsi ilə internetdə yayımlanan yeni videomaterialda Türkiyə İslama və müsəlmanlara qarşı cinayət törətməkdə ittiham olunur. 

“İslamı və müsəlman dostlarını qorumağa istəkli olan hər bir azad türk bilsin ki, Türk Silahlı Qüvvələri Əfqanıstanda kəndləri yandıran, evləri yıxan, qadınları və uşaqları öldürən, müsəlmanların torpaqlarını işğal edən, şəriətlə döyüşən, əxlaqsızlıq və yolsuzluğu yayan Xaç yürüşlərinə xidmət edəcək. Türk əsgərləri yəhudilərin Fələstində yürütdüyü siyasətin eynisini Əfqanıstanda yürüdəcək. Dindar və azad müsəlman türklər İslam və müsəlmanlara qarşı belə bir cinayəti necə qəbul edəcək?”, - deyə Əl Zəvahiriyə məxsus olduğu iddia olunan səs bəyan edib. 

Hazırda sözügedən səs effektlərinin həqiqətən Əl Zəvahiriyə məxsus olub-olmadığı araşdırılır. Bəzi mütəxəssislər səsin Əl Zəvahiriyə məxsus olmasına şübhə etmir və bunu Türkiyəyə qarşı təhdid kimi dəyərləndirirlər.

 

Tural

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?