Beynəlxalq strukturlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə daha artıq diqqət yetirməyə başlayıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Davut Arutunyan bildirib. Onun sözlərinə görə, Qarabağa dair AŞPA alt komitəsinin fəaliyyətinin bərpa olunması məsələsi hələlik müzakirə olunmayıb. Arutunyan qeyd edib ki, alt komitəyə bir neçə il rəhbərlik etmiş lord Rassel Consonun vəfatından sonra erməni nümayəndə heyəti alt komitənin fəaliyyətə başlaması üçün hər hansı bir addım atmayıb. Arutunyana görə, bu məsələdə balanslaşdırılmış mövqe göstərən siyasi xadim yoxdur. Bununla belə, Arutunyan qeyd edib ki, AŞPA-da “Münaqişələrin danışıqlar və dialoq yolu ilə həlli” altkomissiyası yaradılıb.