Modern.az

Klinton qondarma genosid qətnaməsinin əleyhinədir

Klinton qondarma genosid qətnaməsinin əleyhinədir

Təhsil

26 Fevral 2010, 11:50

ABŞ-ın dövlət katibi Hilari  Klinton Konqresdə qondarma erməni genosidi qətnamə layihəsinin qəbuluna etirazını bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Klinton hesab edir ki, qətnamənin qəbulu Türkiyə - Ermənistan yaxınlaşmasına mane olacaq. “Amerika Konqresində “erməni genosidi” ilə bağlı hər hansı  qətnamənin qəbulu arzuolunmazdır.  Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına çalışdığımız bir vaxtda belə bir qətnamə bu prosesin xeyrinə ola bilməz”,-deyə dövlət katibi bildirib.   Onun sözlərinə görə, bütün səylər bir məqsədə – Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməlidir. O, qeyd edib ki, ABŞ bu prosesin tezləşdirilməsi tərəfdarıdır və hər iki tərəflə daima əlaqə saxlayır.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?