Modern.az

MİQ imtahanının sualları ilə bağlı qalmaqal araşdırılır - RƏSMİ

MİQ imtahanının sualları ilə bağlı qalmaqal araşdırılır - RƏSMİ

Təhsil

16 İyul 2022, 20:36

Müəllimlərin İşə Qəbulu imtahanlarında riyaziyyat fənni üzrə imtahan suallarının bəzi müəllimlərə paylanılması haqda yayılan iddialara aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, Təhsil İnstitutundan APA-ya verilən məlumata görə, sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır.

 

"Fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?