Modern.az

Nazirlik Vəhdət Partiyasını “evindən küçəyə atıb”

Nazirlik Vəhdət Partiyasını “evindən küçəyə atıb”

Təhsil

12 Aprel 2013, 16:27


Modern.az-ın
məlumatına görə, Vəhdət Partiyası yerləşdiyi ofisdən çıxarılıb. Binanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildiyi söylənilir. Bundan sonra isə partiya başqa bir ofisə köçməyə qərar verib.

Vəhdət-in ədri Tahir Kərimli Modern.az-a açıqlamasında bu informasiyanı təsdiq edib.

“Biz hazırda kirayələdiyimiz ofisdə qalırıq. Bizim müraciətimiz əsasında, prezidentin birbaşa göstərişi ilə Dövlət Əmlak Komitəsinin sədr müavini ilə mənim aramda 3 dəfə icarə müqaviləsi bağlanıb. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vəhdət-in ofissiz qalmasına bais oldu”.

Tahir Kərimlinin sözlərinə görə, partiya bu məsələnin ictimailəşdirilməsini istəmir:

“Bizim əşyalar da həmin ofisdən aparıldı. Amma biz bu problemin indiki həssas dövrdə böyüməsini istəmirik. Çünki onlar başa düşməsə də? biz anlayırıq ki, həmin nazirlik prezidentə tabe bir orqandır. Azərbaycan hökumətinə xələl gətirməmək naminə bunu qabartmaq niyyətində deyiləm. Bizə belə dedilər ki, guya həmin nazirlik bizim vaxtilə yerləşdiyimiz binadan istifadə edib. Ancaq o ayrıca bir bina idi. Yaxşı düzəldilsəydi və təmir olunsaydı normal şəraitli ofis olacaqdı. Görünür kiminsə gözü var ki, həmin binanı özəlləşdirsin. Partiyanın avadanlığı, sənədləri, seyfləri, kompüter və kitab arxivi də əvvəlki ofisimizdən aparılıb”.  


Aqşin Kərimov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı