Modern.az

İlham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib

İlham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib

Təhsil

12 Aprel 2013, 16:33


Azərbaycan Respublikasının prezidenti İlham əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.
Başsağlığında deyilir:
- Hörmətli cənab Prezident,
Buşəhr vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, onlara səbr, yaralananlar və xəsarət alanlara şəfa diləyir, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir